Bloomberg: ABŞ noyabrda LNG ixracatında rekorda çata bilər

28.11.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

ABŞ-nin beynəlxalq bazarlara mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü noyabrda 10,7 milyon tona çata bilər ki, bu da ölkə üçün rekord aylıq göstəricidir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bloomberg" Kpler analitik şirkətinin proqnozuna istinadən məlumat yayıb. 

Bu ilin noyabrında tədarüklər keçən ilin eyni ayı ilə müqayisədə 40% çox olacaq. 

Agentliyin məlumatına görə, Avropada qaz fyuçerslərinin qiymətləri son bir ildən artıqdır ki, ən aşağı səviyyəyə çatıb. Asiyada oxşar qiymətlər son bir ayda ən aşağı səviyyədədir. Agentlik onu da qeyd edir ki, ABŞ-dən LNG tədarükü yeni layihələrin istifadəyə verilməsi səbəbindən yaxın illərdə artacaq.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью