Bloomberg: “ABŞ öz “tələ”sinə düşüb”

10.04.2025

Icma.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, ABŞ-nin Beynəlxalq Ticarət Komissiyasının 2024-cü il üzrə məlumatlarına istinad edən “Bloomberg” agentliyinin yazdığına görə, Çin ABŞ-nin oyun konsolları idxalının təxminən 90%-ni, smartfonların 70%-dən çoxunu və noutbukların təxminən 66%-ni təmin edir. Bundan əlavə, Çin, fırçaların hazırlanmasında istifadə edilən porsuq və digər heyvan tüklərinin yeganə tədarükçüsüdür.
Tosterlərin, elektrik “yorğan”larının, kalkulyatorların və zəngli saatların 99%-dən çoxu, eləcə də ABŞ-yə idxal edilən çətirlərin, termosların, süni çiçəklərin və LED işıq lampalarının 90%-dən çoxu Çin istehsalıdır.
ABŞ-nin kritik minerallara və nadir torpaq metallarına görə Çindən asılılığı xüsusi diqqətə layiqdir.
“2024-cü ildə Çin şirkətləri Amerika iqtisadiyyatının ehtiyac duyduğu skandium və itrium ehtiyatlarının təxminən 80%-ni təmin edib. Çin mallarından belə yüksək asılılıq Amerika istehlakçıları və biznesləri üçün ciddi problemlərə səbəb ola bilər”, - “Bloomberg” agentliyi vurğulayır.
“Tramp tarifləri” dünya iqtisadiyyatını çökdürür
Xatırladaq ki, aprelin 2-də Tramp 185 ölkə və ərazidən gələn məhsullara rüsumların tətbiq ediləcəyini açıqlayıb. Çinə gəldikdə isə ABŞ tarifləri 34 % səviyyəsində müəyyən edilib. Buna cavab olaraq Pekin aprelin 10-dan etibarən ABŞ-dan idxal edilən bütün məhsullara 34 % əlavə rüsum tətbiq edəcəklərini açıqlayıb.
Tramp daha sonra Pekinin Vaşinqtonla ticarət razılaşmasına qədər Çin mallarına 104% rüsum tətbiq edəcəyini bildirib. Buna cavab olaraq Çin Amerika mallarına rüsumları 34%-dən 84%-ə qaldırıb. Dünən isə ABŞ prezidenti Çindən idxal tariflərini 125%-ə qaldırdığını bildirib.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью