Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ötən gün Nyu-Yorkda keçirilən Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ilə Ukrayna prezidenti Vlodomir Zelenski arasında görüş Kiyevin maliyyələşdirməsi məsələsinə görə gərgin keçib.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, son zamanlar Kiyevlə əsas müttəfiqləri arasında fikir ayrılıqları artmağa başlayıb.
Ukrayna bir neçə Avropa ölkəsinin raket tutucuları təchiz etmək istəməməsindən əsəbiləşib, Kiyevin tərəfdaşları isə maliyyə yardımına artan tələblərdən qıcıqlanıblar.
Belə ki, Zelenski Ukrayna Silahlı Qüvvələri üçün 27 milyard dollarlıq büdcə kəsirini elan edib və Avropadan gələn il Kiyevə müdafiə xərcləri çatışmazlığını ödəmək üçün ayrılan kreditin bir hissəsini dərhal təmin etməsini tələb edib.
Aİ nümayəndələri Kiyevdən ölkənin kölgə iqtisadiyyatı ilə mübarizədə irəliləyiş əldə etməsini, vergi gəlirlərini artırmasını və əlavə maliyyə yardımı ayırmazdan əvvəl qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırmasını tələb ediblər.
Gülşən Şərif