Icma.az bildirir, Azvision saytına əsaslanaraq.
AzVision.az xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, iddia yanvarın 23-də ABŞ-nin Federal Dairə məhkəməsində qeydiyyata alınıb. İddiaçılar “Meta”nın “WhatsApp” mesajlarının guya şifrələmə ilə qorunduğuna və şirkətin özü üçün əlçatmaz olduğuna dair iddialarına etiraz edirlər.
“WhatsApp” tam şifrələməni xidmətin əsas xüsusiyyəti adlandırır. Şirkətin iddiasına görə, şifrələnmə avtomatik olaraq aktivləşdirilir və çatlar daxilində istifadəçilərə “yalnız həmin çatın üzvləri mesajları oxuya, dinləyə və ya yönləndirə bilər” məlumatı verilir. “Meta” həmçinin bildirir ki, yazışmalara yalnız göndərənin və alanın girişi var, şirkət özü isə bu girişə malik deyil.
“İddiaçılar arasında Avstraliya, Braziliya, Hindistan, Meksika və Cənubi Afrikadan olan istifadəçilər var. Şikayətdə deyilir ki, Meta onların söhbətlərinin məzmununu saxlayır və şirkət işçilərinin ona çıxışa malikdir. Sənəddə “mənbələrin verdiyi məlumatlara” istinad edilir ”, - agentlik yazır.
Bununla belə, “Bloomberg” onların adlarını və rollarını açıqlamır. İddiaçıların vəkilləri məhkəmədən işə kollektiv şikayət kimi baxılmasını xahiş edirlər.
İttihamlarla razılaşmayan “Meta” şirkəti iddianın rədd edilməsini istəyib. Şirkət nümayəndəsi iddianı qaldıran vəkillərə qarşı sanksiya tətbiq etmək niyyətində olduqlarını bildirib.
- “WhatsApp” mesajlarının şifrəsiz olması ilə bağlı istənilən iddia tamamilə yalan və absurddur. “WhatsApp” on ildir ki, “Siqnal” protokolu əsasında başdan-ayağa şifrələmədən istifadə edir. Bu iddia əsassız uydurmadır”, - “Meta” şirkətinin nümayəndəsi Endi Stoun vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. “WhatsApp” tam şifrələməni xidmətin əsas xüsusiyyəti adlandırır. Şirkətin iddiasına görə, şifrələnmə avtomatik olaraq aktivləşdirilir və çatlar daxilində istifadəçilərə “yalnız həmin çatın üzvləri mesajları oxuya, dinləyə və ya yönləndirə bilər” məlumatı verilir. “Meta” həmçinin bildirir ki, yazışmalara yalnız göndərənin və alanın girişi var, şirkət özü isə bu girişə malik deyil.