“Bloomberg”: FTB ABŞ də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

14.11.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 14 noyabr, AZƏRTAC

ABŞ Federal Təhqiqat Bürosu (FTB) ölkə üzrə hava limanlarında uçuşların dayandırılmasının kiberhücum nəticəsində baş verdiyini ehtimal etmir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, FTB hadisənin kiberhücum və ya digər cinayətkar fəaliyyətlə əlaqəli olmadığını bildirir. Bununla yanaşı, büro nasazlığın proqram təminatının yenilənməsi nəticəsində yaranıb-yaranmadığını araşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью