Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İran və ABŞ uzunmüddətli müharibəyə hazırlaşır və hətta döyüşlərin aşağı intensivlikdə davam etdiyi şəraitdə belə, yaxın zamanda atəşkəs əldə olunacağına və Yaxın Şərqdə enerji resurslarının tədarükünün “normal” səviyyəyə qayıdacağına dair əlamət yoxdur.
Qaynarinfo xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşrin məlumatına görə, İran liderləri artan iqtisadi itkilərə baxmayaraq mübarizəni davam etdirmək əzmindədirlər. Onlar münaqişəni “dövlətin mövcudluğuna təhdid” kimi qiymətləndirirlər.
“İran bildirir ki, ABŞ-ın ölkənin Fars körfəzindəki limanlarını blokadaya alması və sanksiya təzyiqinin gücləndirilməsi inflyasiya artsa və milli valyuta çöküşə uğrasa belə, onun mübarizəni davam etdirmək imkanlarını məhdudlaşdırmayacaq”, deyə nəşr yazıb.
Sentyabrın 9-da ABŞ Prezidenti Donald Tramp İranla müharibənin ABŞ Konqresinə noyabrda keçiriləcək aralıq seçkilərindən dərhal sonra başa çatacağını bildirib.
Avqustun sonunda “The Atlantic” yazıb ki, Tramp Hörmüz boğazının gəmiçilik üçün açılması halında seçicilərin diqqətini digər mövzulara yönəltmək məqsədilə İran üzərində qələbə elan edə bilər.
Sentyabrın 7-də İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, ABŞ-ın İrana qarşı iqtisadi təzyiqi İran Silahlı Qüvvələrinin Hörmüz boğazı ərazisini tam blokadaya almasına səbəb ola bilər.
Aydın