Bloomberg: Putin Alyaska görüşündə Trampdan üstün olacaq

12.08.2025

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Rusiya prezidenti Vladimir Putin avqustun 15-də Alyaskada liderlərin görüşündə  amerikalı həmkarı Donald Trampı üstələyə və məqsədlərinə çata bilər".

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, tələsik təşkil olunmuş görüşlər nadir hallarda Qərb üçün arzuolunan nəticəyə gətirib çıxarır.

"Trampın tək dəvəti artıq Kremlin qələbəsidir. Əgər sammit həm də Amerika sanksiyalarının gecikdirilməsinə xidmət edirsə və ya Ukrayna ilə onun müttəfiqləri arasında nifaq yaradacaq sülh planının hazırlanmasına imkan verirsə, bu, daha doğrudur. Avqustun 15-də Alyaskada Trampla görüşə hazırlıq Putinin Tramp sanksiyaları təhlükəsini neytrallaşdırmaq üçün istifadə edə biləcəyi “gözlənilməz şans zərbəsinə çevrilib", - qəzet yazır.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью