Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər

30.08.2026

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın əməliyyatın cəmi 4-5 həftə çəkəcəyi barədə bəyanatlarına baxmayaraq, münaqişənin uzanması daxili ictimai rəyə mənfi təsir göstərib. Seçicilər Trampın inflyasiyanı cilovlayacağı və ABŞ-ni xarici münaqişələrə sürükləməyəcəyi vədlərinə ümid bəsləyirdilər.

Siyasi strateqlər Yaxın Şərqdəki bu müharibənin və benzinin bahalaşmasının noyabrın 3-nə təyin olunan Konqresə aralıq seçkilərində Respublikaçılar Partiyasına ağır zərbə vuracağından ehtiyat edirlər. Analitiklər respublikaçıların Konqresin hər iki palatasında çoxluğu itirə biləcəyini, bunun isə demokratlar tərəfindən Tramp administrasiyasına qarşı kütləvi təhqiqatların başlanmasına yol açacağını bildirirlər.(Teleqraf)
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью