Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dünyada artıq ABŞ milli valyutasının - dolların sabit və etibarlı aktiv olub-olmaması ilə bağlı şübhələr yaranır.
Əgər ABŞ-ın hazırkı administrasiyası eyni siyasəti davam etdirsə, dollar inkişaf etməmiş ölkələrin pul vahidlərinə bənzəyəcək.
Bu barədə "Bloomberg" agentliyinin şərhçisi Şuli Jen bildirib.
Məqalə müəllifinə görə, dolların statusunun zəifləməsinə səbəb ABŞ prezidenti Donald Trampın bir çox ölkələrə qarşı tətbiq etdiyi yüksək gömrük rüsumlarıdır.
Şuli Jen hesab edir ki, Tramp bu addımları ilə ABŞ-ı qapalı iqtisadiyyata çevirir və bununla da dolların beynəlxalq aləmdəki etibarını sarsıdır.
Onun sözlərinə görə, dollar ətrafında artıq ciddi müzakirələr başlanıb.
"Əgər ABŞ iqtisadi cəhətdən bir adaya çevrilirsə, o zaman dolları almağın mənası nədir?” deyə Jen yazıb.