Bloomberg: Tramp iyunda birjada mindən çox əməliyyat həyata keçirib

23.08.2026

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az xəbər verir ki, bu barədə Bloomberg ABŞ hökumətinin etika məsələləri üzrə idarəsinin sənədinə istinadən xəbər yayıb.

Məlumata görə, ən böyük əməliyyatlardan biri iyunun 22-də investisiya şirkəti Vanguard Groupun səhmlərinin 5 milyon dollardan 25 milyon dollaradək dəyərində satışı olub.

Tramp, həmçinin Berkshire Hathaway holdinqinin, eləcə də Palantir, Coinbase, Visa və Meta şirkətlərinin səhmləri ilə əməliyyatlar aparıb.

Sənəddə hər bir əməliyyat üzrə dəqiq məbləğ deyil, müəyyən edilmiş interval göstərilir.

Qeyd olunur ki, Tramp 2025-ci il ərzində ümumi dəyəri 600 milyon dollardan 1,86 milyard dollaradək qiymətləndirilən 21 mindən çox qiymətli kağız əməliyyatı həyata keçirib. Bəzi hallarda eyni gün ərzində həm alış, həm də satış əməliyyatları aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью