Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Bu tədbirlər ABŞ iqtisadiyyatına ciddi təsir göstərə və istehlakçılar üçün qiymətlərin bahalaşmasına səbəb ola bilər".
Turkustan.az xəbər verir ki, Bloomberg xəbər verir ki , ABŞ prezidenti Donald Trampın Kanada, Çin və Meksikaya qarşı tarifləri tətbiq etməsi bazarların düşməsinə səbəb olub.O qeyd edir ki, bu addım ABŞ iqtisadiyyatına ciddi təsir göstərə və istehlakçılar üçün qiymət artımına səbəb ola bilər.
Bu fonda dollar indeksi 1% bahalaşıb, qlobal birjalar isə kəskin ucuzlaşıb. Kanada dolları 2003-cü ildən bəri ən aşağı səviyyəyə düşüb.
İnvestorlar riskli aktivlərdən kütləvi şəkildə qaçmağa başladığı üçün Ethereum 11% ucuzlaşaraq kriptovalyutalar da təzyiqə məruz qalıb.Goldman Sachs Group-un analitiklərinin fikrincə, korporativ mənfəətin pisləşməsi səbəbindən ABŞ fond bazarında 5% ucuzlaşma riski var.
RBC Capital Markets 5-10% mümkün azalma proqnozlaşdırır.Enerji bazarları da Trampın qərarına qiymət artımı ilə reaksiya verib.
Tariflər amerikalı istehlakçılar üçün yanacağı bahalaşdıra və tədarük zəncirlərini poza bilər.
Nyu-York benzin fyuçersləri 6,2 faiz, West Texas Intermediate xam nefti isə 2 faiz bahalaşıb.