Bloomberg: Ukrayna ABŞ ın KTK obyektlərinə hücum etməmək tələbini qəbul edib

08.08.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Ukrayna ABŞ-ın tələbi ilə Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) infrastrukturuna zərbələr endirməmək öhdəliyi götürüb və Qara dənizdə Rusiya ilə əlaqəsi olmayan tankerləri vurmayacağına söz verib. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Ukrayna rəhbərliyi bu qərarı ABŞ-ın yüksək səviyyəli rəsmiləri ilə aparılan danışıqlardan sonra qəbul edib.

Agentliyin məlumatına əsasən, danışıqlar Novorossiysk yaxınlığında dronlarla həyata keçirilən son hücumlardan sonra baş tutub. Hücumlar neft yüklənməsində fasilələrə və dünya bazarında neft qiymətlərinin artmasına səbəb olub. Bu zərbələr xam neft ixracının əsas marşrutu KTK olan Qazaxıstanın neft ixracını təhlükə altına salıb.

Bloomberg yazır ki, Ukrayna gəmi sahiblərinə Qara dənizdə tankerlərinə hücum edilməməsi üçün müəyyən şərtlər irəli sürüb. Gəmi və onun sahibləri Ukraynanın sanksiyaları altında olmamalı, Rusiya vətəndaşlarına və ya hüquqi şəxslərinə məxsus olmamalı, gəmidə isə Rusiya nefti və ya Rusiyadan olan digər yüklər daşınmamalıdır.

Kiyev kommersiya daşıyıcıları üçün xüsusi rabitə kanalları və təlimatlar da yaradıb.

Son dövrlərdə KTK vasitəsilə neft tədarükü Ukraynanın hücumları səbəbindən bir neçə dəfə pozulub. The Wall Street Journalın məlumatına görə, ABŞ administrasiyası iyulun sonunda Ukraynanı konsorsiumun obyektlərinə hücumların yolverilməz olduğu barədə xəbərdar edib.

S.ELAY

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью