“Bloomberg”: Volodimir Zelenski Donald Trampla görüşündə Ukrayna üçün təhlükəsizlik təminatı istəyib AZƏRTAC

10.12.2024

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 dekabr, AZƏRTAC

Volodimir Zelenski ABŞ-ın yeni seçilən prezidenti Donald Trampla görüşündə Ukraynanın təhlükəsizliyinə təminat verilməsində israr edib.

AZƏRTAC xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, Prezident Volodimir Zelenski Ukrayna-Rusiya müharibəsinin dondurulması ehtimalının artdığını və bununla bağlı təhlükəsizlik təminatlarında israrlı olduğunu bildirib.

O, həmçinin Kiyevin yalnız güc mövqeyindən atəşkəs danışıqlarına başlaya biləcəyini vurğulayıb. Ukraynanın dövlət başçısı, eyni zamanda, NATO-ya üzvlük üçün dəvət almağa çalışdığını deyib.

Volodimir Zelenski Ağ evin gələcək rəhbəri ilə görüşündə Qərb qoşunlarının Ukrayna ərazisində mümkün mövcudluğu ilə bağlı təklif də irəli sürüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью