“Bloomberg”in də Bakıdakı müxbir postu ləğv olunub

28.02.2025

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Dünyanın nüfuzlu “Bloomberg” agentliyinin Azərbaycanda müxbir akkreditasiyası ləğv edilib.

Gununsesi.info-nun xəbərinə görə, adıçəkilən agentliyin ölkəmizdə yalınız bir əməkdaşı çalışıb.

Bundan əvvəl isə  ABŞ-nin maliyyələşdirdiyi “Amerikanın səsi” radiosunun da müxbir akkreditasiyası ləğv edilib, “BBC News Azərbaycanca” və “Sputnik Azərbaycan” nümayəndəlikləri bağlanıb.

Azərbaycan bunu mövcud uyğunsuzluğun aradan qaldırılması üçün xarici KİV-in ölkəmizdəki nümayəndəlik və filiallarının faktiki fəaliyyətinə müəyyən düzəlişlər etmək qərarı ilə izah edib.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью