“Bloomberg”in keçmiş top meneceri və ailəsi müəmmalı şəkildə ölüb FOTO

01.04.2025

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

“Bloomberg”in keçmiş rəhbəri Riçard Samarel, onun həyat yoldaşı Lina Mari və 9 yaşlı qızı Samantanın cəsədləri Cənubi Karolinadakı malikanəsində tapılıb.
Sfera.az xəbər verir ki, polis hadisənin təfərrüatlarını, o cümlədən onların qəza nəticəsində həlak olub-olmamasını gizli saxlayır. Yerli şerif ofisindən verilən açıqlamada ictimaiyyət üçün heç bir təhlükə olmadığı qısa şəkildə qeyd olunub.
 

Üç ölüm hadisəsi saat 10:20 ilə 11:29 arasında baş verib. Hadisə baş verən zaman ailənin digər üzvləri - cütlüyün başqa bir qızı və azyaşlı oğlu məktəbdə olublar. Polis yaxın vaxtlarda daha ətraflı məlumat verəcəyini açıqlayıb.
Qeyd edək ki, Riçard Samarel 2007-ci ilə qədər “Bloomberg”də səhmlər üzrə menecer olub. Onun həyat yoldaşı Kolumbiyadan ABŞ-a gəlib və Veteranların İşləri Departamentində işləyib. Ailə təxminən 800 min dollar dəyərində olan altı otaqlı evdə yaşayıb.
 

Aysel

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью