Bloqer Aysel Şükürovanın keçmiş əri övladlarından İMTİNA ETDİ

26.04.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Bloqer Aysel Şükürovanın keçmiş həyat yoldaşı Oqtay Əhmədov övladlarından imtina edib.

Oxu.Az xəbər verir ki, bu barədə Aysel özünün "Instagram" hesabında paylaşım edib.

O bildirib ki, Oqtay aliment ödəməmək üçün bu addımı atıb:

"Bu gün Nəsimi Rayon İcra Şöbəsinə, Vüqar Qaralovun yanına getdim. Əkizlərin atası dəvət olundu, çünki onunla bağlı cinayət işi açılıb. Otaqda kişilər ola-ola və öz övladının yanında dedi ki, uşaqlardan imtina edirəm. Vüqar Qaralov isə bildirdi ki, imtina edə bilərsən, amma aliment vermək məcburiyyətindəsən. Qarşı tərəf isə artıq heç bir şey deyə bilmədi. Dedi, imtina edirəmsə, niyə aliment verməliyəm?", - deyə Aysel Şükürova paylaşımda qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью