Bloqer beynəlxalq axtarışa VERİLDİ

10.08.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Qazaxıstan Özbəkistan vətəndaşı "Mаха.dxb" kimi tanınan bloqer Mahmud Hikmatovu beynəlxalq axtarışa verib.

Redaktor.az xəbər verir ki, bu barədə Qazaxıstan Maliyyə Monitorinqi Agentliyinin rəsmi saytında məlumat yayılıb.

Bildirilib ki, 2000-ci il təvəllüdlü Mahmud Hikmatov qanunsuz onlayn kazinoların reklamında şübhəli bilinir. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Qazaxıstan Maliyyə Monitorinqi Agentliyinin məlumatına görə, ölkədə qanunsuz qumar oyunlarının təşkili ilə bağlı sxem fəaliyyət göstərib. Sxem çərçivəsində qumar oyunları üçün platforma yaradılıb, ödənişlər ekvayrinq, mobil köçürmələr və kriptovalyuta vasitəsilə həyata keçirilib, həmçinin istifadəçilərin cəlb edilməsi üçün reklam kampaniyaları təşkil olunub.

İstintaqın məlumatına görə, Hikmatov kazinoların tanıdılması üçün Qazaxıstanlı bloqerlərin cəlb edilməsinə cavabdeh olub. O, reklamın qiymətini müəyyənləşdirmək üçün bloqerlərdən sosial şəbəkələrdəki auditoriyalarının demoqrafik göstəriciləri, coğrafi bölgüsü və əhatə dairəsi barədə məlumatlar istəyib.

Məlumata görə, Hikmatov ümumilikdə 35-dən çox bloqerin bu sxemə cəlb olunmasına yardım edib.

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью