Bloqer boksçu Ceyk Polun növbəti döyüşü: Tarixi və rəqibi bəlli oldu

19.04.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Məşhur bloqer və peşəkar boksçu Ceyk Pol növbəti döyüşünü 28 iyun tarixində ABŞ-nin Anahaym şəhərində keçirəcək.

Oxu.Az bu barədə DAZN telekanalına istinadən xəbər verir.

Məlumata görə, onun rəqibi keçmiş dünya çempionu (orta çəki) Xulio Sezar Çaves olacaq.

Xatırladaq ki, Pol son döyüşünü 2024-cü ilin noyabrında keçirib və 58 yaşlı əfsanəvi keçmiş çempion Mayk Taysonu hakimlərin birgə qərarı ilə məğlub edib.

Çaves isə son döyüşünü keçmiş UFC təmsilçisi Yuraiya Holla qarşı keçirib və altı raundun sonunda hakimlərin birgə qərarı ilə qalib gəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью