Bloqer Hüseyn Həsənovun ölüm xəbəri yayıldı

09.11.2024

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Tanınmış bloqer Hüseyn Həsənovun qəzaya uğradığı iddia edilib.

Milli.Az Ajans.az-a istinadən xəbər verir ki, onun "Cybertruck" markalı avtomobili qəzada yararsız hala düşüb.

Həmçinin yayılan məlumatlara əsasən, Hüseyn Həsənov sözügedən hadisədə vəfat edib. Bununla bağlı hələlik özündən açıqlama gəlməyib.

Qeyd edək ki, qəzanın xarici ölkələrdən birində baş verdiyi ehtimal olunur. Avtomobilin isə Hüseyn Həsənova aid olduğu dəqiq deyil.

Bunu da qeyd edək ki, tanınmış bloqer bir müddət əvvəl Bakıya yeni model "Cybertruck" markalı avtomobil gətirdiyi ilə bağlı mətbuatda xəbərlər yayılmışdı.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью