Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin "Firefly Aerospace" şirkətinə məxsus "Blue Ghost" kosmik aparatı Aya eniş edib.
NASA-nın yaydığı məlumata görə, aparat yerli vaxtla 03:34-də uğurla eniş həyata keçirib.
Göyərtəsində 10 tədqiqat qurğusu olan "Blue Ghost" NASA ilə razılaşma çərçivəsində Ayda elmi araşdırmalar aparacaq.
Missiyanın 14 gün davam edəcəyi bildirilib.