Blue Ghost kosmik gəmisi Aya eniş edəcək VİDEO

02.03.2025

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Firefly Aerospace" şirkətinin "Blue Ghost" kosmik gəmisi bazar günü Aya eniş edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı NASA yayıb.
 

Aya eniş ABŞ şərq sahilləri vaxtı ilə saat 03:34-ə planlaşdırılıb. Modulun Ayın görünən tərəfindəki Böhran dənizində Latreyl dağı yaxınlığında səthdə aktiv işi 14 gün davam edəcək.


Aya eniş aparatı yanvarın 15-də "SpaceX" şirkətinin "Falcon 9" raketi ilə buraxılıb. Kosmik gəmi Ay haqqında bilikləri inkişaf etdirməyə və gələcək insanlı missiyalara hazırlaşmağa kömək edəcək NASA-nın 10 tədqiqat alətini daşıyır.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью