“Bluetooth” vasitəsilə avtomobili cəmi 2 dəqiqəyə qaçırmaq olar

21.11.2025

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avtomobillərin mühafizəsi texnologiyaları ilə yanaşı oğurluq üsulları da təkmilləşir.

Avtosfer.az xəbər verir ki, Fransa polisinin avropalı həmkarları ilə birgə bir ildən artıq apardığı təhqiqatda maraqlı faktlar üzə çıxıb. Məlum olub ki, müasir avtomobillərin qapısını “Bluetooth” dinamiklər vasitəsilə açmaq mümkündür. Bu dinamiklər hər yerdə qanuni şəkildə satılır və onlar radiosiqnalları tutmaq qabiliyyətinə malikdir. 

Polis təhqiqat zamanı 6 oğurluq avtomobil və külli miqdarda nağd pul ələ keçirib, 2 nəfəri saxlayıb. Onlar ifadələrində 1 avtomobilin qaçırılması üçün 2 dəqiqənin kifayət etdiyini göstəriblər.

Ekspertlər çıxış yolu kimi ənənəvi üsuldan istifadəni tövsiyə edirlər – məsələn, sükanın əlavə mexaniki kilidi. Mümkün olduğu təqdirdə isə açarsız giriş (keyless) funksiyasını söndürmək lazımdır. 

Təhqiqat zamanı məlum olub ki, ən ciddi təhlükə Yaponiya istehsalı olan bir neçə model avtomobilədir.

Vüqar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью