Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Bir milyondan çox iraqlı hələ də mənzil, dolanışıq vasitələri, rəsmi sənədləşmə və əsas xidmətlərə ehtiyac duyur.
Bakıvaxtı.az "Shafaq"a istinadən xəbər verir ki, bunu Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) İraq üzrə Missiyasının rəhbəri Paskal Reyntjens deyib.
O, Suriyadan qayıdan ailələrin reabilitasiyasına və yenidən inteqrasiyasına kömək etməyə çağırıb.
"İqlim dəyişikliyi və su qıtlığı insan hərəkətliliyinə yeni təzyiqlər yaradır.Miqrasiya və Köçkünlük Nazirliyi və BMqT tərəfindən birgə hazırlanan strategiya, köçkünlərin qorunması, müntəzəm miqrasiya yollarının genişləndirilməsi, Suriyadan qayıdanlara kömək və köçkünlük üzrə milli idarəetmənin gücləndirilməsi üçün prioritetləri müəyyən edir. Həmçinin, kiçik və orta sahibkarlığı həssas ailələr üçün məşğulluq mənbəyi kimi təşviq edir. Beynəlxalq tərəfdaşların humanitar yardımdan kənara çıxmalı və İraqın gələcək problemlərin həlli üçün investisiya qoyulmalıdır", - deyə Reyntjens qeyd edib.
Gülşən Şərif