BMT 2025ci ildə Azərbaycanda iqtisadi artımın 3% səviyyəsində olacağını proqnozlaşdırır | …
Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.
Bu barədə BMT-nin qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib.
Hesabata əsasən, 2024-cü il üzrə Azərbaycanda iqtisadi artım 4,6% təşkil edib.
2025 və 2026-cı illər üzrə Azərbaycanda ümumdaxili məhsulun artımını (ÜDM) 3% səviyyəsində proqnozlaşdırılıb.
Ən sərfəli kredit üçün müraciət et Başqa sözlə, 2024-cü il üzrə iqtisadi artım BMT-nin əvvəlki proqnozu 2% bəndi üstələyib.
Həmçinin, BMT 2025-ci il üzrə iqtisadi artım proqnozunu 0,2% bəndi artırıb.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son açıqladığı göstəricilərə əsasən, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda iqtisadi artım 4,1% təşkil edib.
Tam oxu
Xəbəri oxu