BMT: 2030 cu ilədək aclıq problemini həll etmək real deyil

19.09.2026

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2030-cu ilədək aclıqdan tamamilə qurtulmaq real deyil.

Qaynarinfo xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Rusiya ilə əlaqələr üzrə bölməsinin rəhbəri Oleq Kobyakov bildirib.

O xatırladıb ki, BMT Baş Assambleyası 2015-ci ildə aclığın aradan qaldırılmasını Dayanıqlı İnkişaf Məqsədlərindən biri kimi müəyyən edib.

"Əgər xatırlasaq ki, bəşəriyyət BMT Baş Assambleyasının qərarı ilə 2030-cu ilədək aclığı bir fenomen kimi aradan qaldırmaq vəzifəsini qarşıya qoymuşdu, açıq-aydın görünür ki, hazırda bu vəzifəni yerinə yetirmək mümkün deyil. Ən azı, hazırda getdiyimiz templə buna nail olmaq mümkün deyil", Oleq Kobyakov "RİA Novosti"yə bildirib.

Bununla yanaşı, Kobyakov dünyada aclığın miqyasının azaldığını qeyd edib. Onun sözlərinə görə, hazırkı dinamika qorunarsa, 2030-cu ildə dünyada təxminən 512 milyon insan aclıq çəkəcək.

2015-ci ildə BMT dünyada aclıq çəkən insanların sayını 690 milyon nəfər qiymətləndirib. Onların əksəriyyəti Asiyada yaşayıb.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью