BMT: 545 mindən çox insan Qəzzanın şimalına keçib

04.02.2025

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son bir həftədə Qəzzanın cənubundan şimalına 545 mindən çox insan keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri BMT-nin sözçüsü Stefan Dujarik gündəlik mətbuat konfransında açıqlaması zamanı bildirib.

"BMT və onun humanitar tərəfdaşları son bir həftədə 545 mindən çox insanın Qəzzanın cənubundan şimalına keçdiyini təxmin edir",- Dujarik qeyd edib.

O, 36 mindən çox insanın şimaldan cənuba keçdiyinin müəyyən edildiyini söyləyib.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью