BMT: Azərbaycan qazına artan tələbat ölkədə iqtisadi artımı dəstəkləyəcək

10.01.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan qazına artan qlobal tələbat 2025-ci ildə ölkənin iqtisadi artımını dəstəkləyəcək.

"APA-Economics" xəbər verir ki, bu barədə BMT-nin qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib. Qeyd edilib ki, Azərbaycan və Qazaxıstan MDB-nin əsas enerji ixracatçıları sırasındadır: "Qazaxıstanda 2024-cü ildə aşağı neft hasilatı qeyri-neft sektorlarında güclü artımla kompensasiya edilib. 2024-cü ildə artım bir qədər yumşalsa da, böyük Tengiz neft yatağından hasilatın genişlənəcəyi gözlənildiyi üçün iqtisadiyyatın 2025-ci ildə yenidən sürət qazanacağı gözlənilir".

Hesabatda vurğulanıb ki, Azərbaycanda güclü daxili tələb və qeyri-neft sektorunda artım 2024-cü ildə ölkədə iqtisadi artımı sürətləndirib. Ölkənin təbii qazına artan qlobal tələbatın 2025-ci ildə artımı dəstəkləyəcəyi gözlənilir.

Qeyd edək ki, BMT 2025-2026-cı illərdə Azərbaycanda 3% civarında iqtisadi artım proqnozlaşdırdığını açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью