BMT Baş Assambleyası Qəzzada atəşkəs tələb edən qətnamə qəbul edib

12.12.2024

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Qəzza zolağında dərhal atəşkəs tələb edən qətnamə qəbul edib.

Qətnamənin qəbuluna 158 ölkə müsbət, 9-u mənfi səs verib, 13 dövlət bitərəf qalıb.

Qətnamənin qəbulu üçün səslərin üçdə ikisi tələb olunurdu.

Qeyd edək ki, BMT Baş Assambleyasının qətnamələri, Təhlükəsizlik Şurasının sənədlərindən fərqli olaraq, məcburi hüquqi qüvvəyə malik deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью