“BMT Baş Assambleyası ukraynalı uşaqlarla bağlı qətnamə qəbul etdi“ “Anadolu Ajansı“ | Icm…
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"İşğal olunmuş ərazilərdən uşaqların aparılması və ya deportasiyası 1949-cu il Cenevrə Konvensiyalarının açıq pozuntusudur..." BMT Baş Assambleyası dekabrın 4-də mühüm qətnamə qəbul edib.
Sənəd Rusiyadan tələb edir ki, qeyri-qanuni deportasiya etdiyi bütün ukraynalı uşaqları dərhal və heç bir ilkin şərt olmadan geri qaytarsın.
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu Ajansı" agentliyi məlumat yayıb.
Deportasiya olunmuş bütün uşaqlar geri qaytarılmalıdır Qətnamə həmçinin Moskvanı uşaqların "ideoloji işlənməsi", ailələrindən ayrılması, şəxsi statuslarının dəyişdirilməsi, o cümlədən vətəndaşlıq verilməsi və rus ailələrinə verilməsi praktikasını dayandırmağa çağırır.
Sənəd xatırladır ki, işğal olunmuş ərazilərdən uşaqların aparılması və ya deportasiyası 1949-cu il Cenevrə Konvensiyalarının açıq pozuntusudur.
Qətnamədə vurğulanır ki, silahlı münaqişənin bütün tərəfləri uşaqların təhlükəsizliyinin təmin edilməsinə, qayğısına və ailələri ilə birləşdirilməsinə dair beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməlidir.
Səsvermədə kim qətnamənin "lehinə", kim "əleyhinə olub? Sənədi 91 dövlət, o cümlədən ABŞ dəstəkləyib.
Tam oxu
Xəbəri oxu