BMT Baş katibi ABŞ və İranı təbrik etdi

15.06.2026

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ və İranı dərhal və daimi atəşkəsə, Hörmüz boğazının yenidən açılmasına, eləcə də gələcək danışıqlar üçün çərçivəni təmin edən sülh razılaşmasına nail olduqlarına görə ürəkdən təbrik edirəm.

Bu barədə BMT Baş katibi Antonio Quterreşin bəyanatında deyilir.

O, bunu münaqişənin sülh yolu ilə həlli istiqamətində atılmış vacib bir addım kimi dəyərləndirib.

Baş katib sülh razılaşmasına gətirib çıxaran danışıqların dəstəklənməsində oynadığı konstruktiv rola görə Pakistan, Qətər, Misir, Səudiyyə Ərəbistanı, Türkiyə və digər regional ölkələrə minnətdarlığını bildirib.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью