BMT baş katibi bu ölkədəki hərbi çevrilişi pisləyib

28.11.2025

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

BMT-nin baş katibi Antoniu Quterreş Qvineya-Bisaudakı hərbi çevrilişi qınayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.

Düjarrik bildirib ki, Quterreş dərhal ölkədə Konstitusiya nizamının bərpasına çağırıb.

"Baş katib Qvineya-Bisauda baş verən hadisələrdən dərin narahatlıq keçirir. O, hərbi qüvvələr tərəfindən həyata keçirilmiş dövlət çevrilişini qətiyyətlə pisləyir. Baş katib Konstitusiya nizamının dərhal və şərtsiz bərpasına, eləcə də həbs edilmiş bütün dövlət məmurlarının azad edilməsinə çağırır",- deyə bəyanatda bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью