BMT Baş katibi: COP30 a qədər ölkələr iqlim dəyişikliyi ilə mübarizə üzrə yenilənmiş planlar təqdim etməlidir

22.01.2025

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

Ölkələrin hökumətləri Braziliyada keçiriləcək COP30-a qədər iqlim dəyişikliyi ilə mübarizə üzrə yeni milli fəaliyyət planları hazırlamalıdır.

“Report” xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş bu gün Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, planlar həm də qlobal enerji keçidinin sürətləndirilməsi hesabına qlobal temperaturun artımının 1,5 dərəcəyə qədər məhdudlaşdırılmasını nəzərdə tutmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью