BMT Baş katibi İsrailə Suriya ilə bağlı çağırış edib

12.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

BMT Baş katibi Antonio Quterreş İsrailə Suriya ilə bağlı çağırış edib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, İsrailin Suriyanın fərqli bölgələrinə hava hücumundan narahatlığını ifadə edib.

Baş katib İsraili hücuma son qoymağa çağırıb.

Qeyd edək ki, daha əvvəl İsrailin Suriya ərazisinə zərbələr endirməsinə dair məlumat yayılmışdı.

Bundan əvvəl İsrailin “Qaley İDF” radiosu məlumat yayıb ki, Suriyaya uğurlu hava zərbələrindən sonra onların İrandakı nüvə obyektlərinə zərbə endirmək imkanı açılır.

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью