Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
BMT-nin baş katibi Antonio Quterreş üç günlük rəsmi səfərlə Pakistana gəlib.
XQ xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
6-8 oktyabr tarixləri arasında davam edən səfər, Quterreşin 2022-ci ildə fəlakətli daşqınlardan zərər çəkmiş ərazilərə səfər etməsindən bəri Pakistana ilk səfəridir.
Səfər çərçivəsində Quterreşin prezident Asif Əli Zərdari, baş nazir Şahbaz Şərif və ordu komandanı feldmarşal Asim Munir ilə görüşləri planlaşdırılır.