BMT baş katibi Qəzzada dərhal atəşkəsə çağırıb

21.08.2025

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres İsrailin Qəzza şəhərini ələ keçirmək üçün əməliyyatın ilk addımlarını elan etməsindən sonra Qəzzada dərhal atəşkəsə çağırıb.

Bizimyol.info xəbər verir ki, Quterreş Afrikanın inkişafı ilə bağlı konfransda iştirak etdiyi Yaponiyada Qəzza şəhərinə qarşı hərbi əməliyyatın səbəb olacağı ölüm və dağıntıların qarşısını almaq üçün "Qəzzada dərhal atəşkəsin əldə edilməsi həyati əhəmiyyət kəsb edir" dedi.

Quterreş Həmas tərəfindən saxlanılan girovların qeyd-şərtsiz azad edilməsinə çağırır. O, həmçinin İsraili Yəhudeya və Samariyada "qeyri-qanuni" yaşayış məskənlərinin tikintisini genişləndirmək qərarından dönməyə çağırır.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью