BMT Baş katibi supergüclərin nüvəsizləşdirmə təkliflərini dəstəkləməyə hazırdır

16.11.2026

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya, Çin və ABŞ arasında keçiriləcək üçtərəfli sammitdə nüvəsizləşdirmə ilə bağlı təkliflər edilsə, BMT bunu dəstəkləməyə hazırdır.

“Reuters“in xəbərinə görə, bunu BMT Baş katibi Antonio Quterreş deyib.

“Əgər nüvəsizləşdirmə proqramı olacaqsa, biz bu prosesdə tam iştirak etməyə və uğurla nəticələnməsinə töhfə verməyə hazırıq. Bu bizim görmək istədiyimiz bir mənzərədir. Amma, ora çatacağımızla bağlı hələlik, zəmanət yoxdur”, - Quterreş bildirib.

Qeyd edək ki, ABŞ, Rusiya və Çin liderləri noyabrın 19-da Çinin Şenjen çəhərində üçtərəfli şəkildə görüşəcək.

Onların görüşü Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq forumu çərçivəsində keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью