BMT Baş katibi Yaxın Şərqdə atəşkəsin təmin olunmasını istəyir

09.06.2026

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


BMT-nin Baş katibi Antonio Quterreş Yaxın Şərqdə yeni gərginlik mərhələsindən dərin narahatlığını bildirir və bütün tərəfləri maksimum təmkin göstərməyə və atəşkəsə riayət etməyə çağırır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə BMT-nin baş katibinin sözçüsünün müavini Fərhan Haqın jurnalistlərə yaydığı bəyanatda bildirilir.
Bəyanatda deyilir ki, Baş katib Yaxın Şərqdə yenidən gərginliyin meydana gəlməsi fonunda bütün tərəfləri dərhal hücumları dayandırmağa çağırır.
Quttereş həmçinin, tərəfləri onsuz da qeyri-sabit olan vəziyyəti daha da gərginləşdirə biləcək hər hansı bir hərəkətdən çəkinməyə çağırır.
Baş katib bütün tərəfləri, o cümlədən Livan və İranı atəşkəsə tam hörmət etməyə, davam edən diplomatik səylərə xələl gətirə biləcək hər hansı bir addımdan çəkinməyə dəvət edib.
Arzu
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью