BMT: Bir milyon qadın və qız kütləvi aclıq təhlükəsi altındadır

17.08.2025

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) Qəzzada qadın və qızların ciddi aclıq və aclıq təhlükəsi ilə üzləşdiyini bildirib.

Metbuat.az xəbər verir ki, açıqlamada qeyd edilib:

"Bir milyon qadın və qız kütləvi aclıq təhlükəsi ilə üzləşib. Qəzzada qadın və qızlar yemək və su tapmaq üçün çölə çıxmaq kimi ciddi ölüm riskləri daşıyan sağ qalma üsullarına əl atmaq məcburiyyətindədirlər".

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı da Qəzza əhalisinin üçdə birinin günlərdir yemək yeyə bilmədiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью