BMT borc içindədir Qutarreş açıqladı

31.01.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş BMT üzv dövlətlərinə məktub göndərərək, 2025-ci ili rekord səviyyədə 1,568 milyard dollarlıq borcla başa vurduqlarını və hazırkı BMT büdcəsinin "davamlı olmadığını" bildirib.
Turkustan.az xəbər verir ki, Quterreşin 28 yanvarda BMT-yə üzv dövlətlərə ünvanladığı məktub əldə edilib.
Quterreş məktubu BMT-nin hazırkı maliyyə vəziyyətinin ciddiliyini vurğulamaq üçün yazdığını bildirib və BMT-nin "dönüş nöqtəsi ilə üzləşdiyini" vurğulayıb.
Quterreş "mövcud trayektoriyanın davamlı olmadığını" bildirərək, BMT-yə üzv ölkələrin ya BMT-nin maliyyə qaydalarını yenidən nəzərdən keçirməli, ya da təşkilatın maliyyə çöküşünün real ehtimalını qəbul etməli olduğunu vurğuladı.
Quterreş 2025-ci ili rekord səviyyədə - 1,568 milyard dollarlıq borcla başa vurduqlarını vurğulayaraq, "Böhran dərinləşir, proqramların icrasını təhdid edir və maliyyə çöküşü riskini artırır. Vəziyyət yaxın gələcəkdə daha da pisləşəcək" dedi.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью