Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Almaniyanın sabiq xarici işlər naziri Annalena Berbokun BMT Baş Assambleyasının (GA) 80-ci sessiyasının prezidenti vəzifəsinə namizədliyi ilə bağlı səsvermə keçirilib. Səsvermə Rusiyanın müraciəti əsasında olub.
Reyting.az xəbər verir ki, bu barədə Ümumdünya Təşkilatındakı mənbə məlumat yayıb.
Məlumata görə, dünən BMT Baş Assambleyası Annalena Berboku özünün 80-ci – yubiley sessiyasının prezidenti seçib. Onun lehinə 167 ölkə səs verib.
Y. QACAR