BMT də Ərdoğana qarşı təxribat

23.09.2025

Icma.az bildirir, Metbuat portalına istinadən.

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Fələstin məsələsi ilə bağlı keçirilən konfransda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı zamanı diqqətçəkən hadisə baş verib.

Metbuat.az xəbər verir ki, Ərdoğanın çıxışının bir hissəsini eşitmək mümkün olmayıb. Ərdoğanın çıxışını zaldakı qonaqlara tərcümə edən tərcüməçilər də Ərdoğanın səsini eşitmədiklərini və buna görə də tərcümə edə bilmədiklərini ifadə ediblər. Ərdoğanın çıxışı televiziyalar vasitəsilə də canlı yayımlanıb. Eyni problem canlı yayımda da müşahidə edib. Türkiyə mediasının iddialarına görə, məsələ texniki problemdən irəli gəlməyib. Bunun Ərdoğana qarşı təxribat olduğu iddia edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью