Icma.az xəbər verir, Manset saytına əsaslanaraq. Panama BMT-yə məktub göndərərək ABŞ Prezidenti Donald Trampın Panama kanalını ABŞ-yə birləş
Manset.az xəbər verir ki, bu barədə New York Times (NYT) məlumat yayıb.
“Panama BMT-nin Baş katibi Antonio Quterreş və BMT Təhlükəsizlik Şurasına rəsmi məktub göndərərək Trampın Panama kanalını ABŞ-yə qaytarmaqla bağlı hədələrindən narahatlığını ifadə edib.
Məktubda Panama Prezidenti Xose Raul Mulinonun Trampın sözlərini tamamilə rədd etdiyini və “kanal Panamanındır və Panamada da qalacaq deyə” bildirdiyi bəyanatı yer alıb." - nəşr qeyd edib.
Bundan əlavə, məktubda BMT Nizamnaməsinin üzv dövlətlərə “ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə” qarşı təhdid və güc tətbiq etməyi qadağan edən iki maddə var, çünki bu cür hərəkətlər dünya təşkilatının məqsədləri ilə bir araya sığmır.
Panama “Trampın bəyanatlarının BMT Nizamnaməsini pozduğunu” bildirib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.