BMT də yeni baş katib seçimi prosesi davam edir

06.08.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni baş katibinin müəyyənləşdirilməsi istiqamətində siyasi məsləhətləşmələr davam edir. Təşkilatın Təhlükəsizlik Şurasında bu məsələ ilə bağlı növbəti mərhələnin avqust ayında keçirilməsi planlaşdırılır.

XQ “Reuters” agentliyinin məlumatına istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasında növbəti qeyri-rəsmi səsvermənin avqustun 21-də keçirilməsi nəzərdə tutulur. Hazırkı baş katib Antonio Quterreşin iki beşillik fəaliyyət müddəti bu ilin sonunda başa çatır və yeni rəhbərin seçilməsi üçün beynəlxalq danışıqlar prosesi davam edir.

Məlumata əsasən, namizədlər arasında müxtəlif regionları təmsil edən siyasətçilər və beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri yer alır. Seçim prosesində əsas məqsəd Təhlükəsizlik Şurasının beş daimi üzvünün – ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniyanın – razılığını əldə edə biləcək namizədin müəyyənləşdirilməsidir.

Müşahidəçilərin fikrincə, yeni baş katibin qarşısında əsas çağırışlar sırasında beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, regional münaqişələrin həlli, humanitar böhranlarla mübarizə və qlobal iqlim problemləri dayanacaq.

N.Adilqızı
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью