Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Lana Zəki Nusseibehin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsini alqışlayır.
Bu barədə "Yeni Sabah"a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
XİN-in mətbuat katibi Ayxan Hacızadə medianın sualına cavabında bildirib ki, Azərbaycan namizədlərin peşəkar keyfiyyətlərinə, diplomatik təcrübəsinə, qərəzsizliyinə və üzv dövlətlər arasında konsensusun formalaşdırılması bacarığına əsaslanan, BMT Nizamnaməsinin rəhbər tutulduğu seçim prosesinin vacibliyini vurğulayır. Dördpendirli pizza
O qeyd edib ki, Azərbaycan bu prosesin daha güclü, səmərəli və müasir çağırışlara çevik reaksiya verən Birləşmiş Millətlər Təşkilatının formalaşmasına töhfə verəcək nəticə ilə yekunlaşacağına ümid edir.