BMT dəki çıxışının mətnini təyyarədə yazdı Video

22.09.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-yə işgüzar səfərə yola düşüb. 

“Qafqazinfo” xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 

Səfər sentyabrın 22-dən 25-dək davam edəcək. Səfər çərçivəsində Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının işində iştirak edəcək və onun yüksəksəviyyəli ümumi siyasi debatlarında çıxış edəcək.

Ermənistan Baş nazirinin həmçinin BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşəcəyi bildirilir. 

O, həmçinin sessiyada çıxışının mətnini təyyarədə yazdığını bildirib və buna dair görüntülər paylaşıb. 

Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 8-də işinə başlayıb. Dövlət və hökumət başçılarının iştirakı ilə ümumi siyasi debatlar isə sentyabrın 22-dən 28-dək davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью