BMT dən Myanmara qaçqınların qaytarılması ilə bağlı xəbərdarlıq

24.11.2026

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

BMT Myanmara qaçqınların geri qaytarılmasının təhlükəli olduğu barədə xəbərdarlıq edib.

AZXEBER.COM xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Babar Baloç ölkədə davam edən silahlı toqquşmalar, zorakılıq və insan hüquqları pozuntularının təhlükəsiz geri dönüşə imkan vermədiyini bildirib.

O, Malayziyanın gələn ay Arakan müsəlmanları (Rohincalar) da daxil olmaqla, 6 803 Myanmar vətəndaşını ölkələrinə qaytarmaq planına münasibət bildirib.

Baloç əvvəlki geri göndərilmələrlə bağlı da narahatlıqlarını ifadə etdiklərini xatırladaraq, bəzi şəxslərin Malayziyadakı miqrant saxlama mərkəzlərindən götürüldüyünü vurğulayıb. Onun sözlərinə görə, bu vəziyyət geri dönüşlərin könüllü olması ilə bağlı suallar yaradır.

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi noyabrın 19-da Myanmarda Arakan müsəlmanlarına qarşı soyqırımı ilə bağlı qərar çıxarıb.

Gülay

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью