BMT Dünya Turizm Təşkilatı ilk dəfə Afrikada ofis açır

29.01.2025

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

BMT Dünya Turizm Təşkilatı Afrikadakı ilk ofisini Mərakeşdə açacaq.

AZXEBER.COM xarici mediaya istinadən xəbər berir ki, Mərakeşin turizm naziri Fatma Zehra Ammur  və Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatının (UNWTO) baş katibi Zurab Pololikaşvili Mərakeşdə görüşüblər.

Görüşdə, Zehra Ammur və UNWTO baş katibi Zurab Pololikaşvili Afrikada ilk turizm ofisinin Mərakeşin paytaxtı Rabatda qurulması üçün müqavilə imzalayıb.

Açılacaq ofisin bütün Afrika ölkələrində turizm sektorunu canlandırmaq misiyası daşıyacağı qeyd edilib.

Cəmalə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью