BMT dünya üzrə təmiz içməli suya çıxışı olmayan insanların sayını açıqladı

26.08.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

2015-ci ildən bəri bu sahədə irəliləyişlərə baxmayaraq, dünyada hər dördüncü insan və ya 2.1 milyard nəfər hələ də təmiz içməli suya çıxış əldə edə bilmir.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondunun birgə hesabatında bildirilir.

Məlumatla əsasən, 2015-ci ildən indiyədək 961 milyon insan təmiz içməli suya çıxış əldə edib. Əhalinin içməli su ilə təminatı 68%-dən 74%-ə yüksəlib. Hesabata əsasən, kənd sakinlərinin vəziyyətinin yaxşılaşmasına baxmayaraq, su ilə bağlı vəziyyət hələ də şəhərdəkindən daha pisdir. Belə ki, 2015-2024-cü illər ərzində əhalinin içməli su ilə təminatı kənd yerlərində 50%-dən 60%-ə yüksəlib, şəhər yerlərində isə 83% səviyyəsində qalıb.

Qeyd olunur ki, ən az inkişaf etmiş ölkələrin sakinləri digər ölkələrin əhalisinə nisbətən içməli su və kanalizasiya ilə bağlı problemlərlə iki dəfədən çox üzləşirlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью