BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb

14.10.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 14 oktyabr, AZƏRTAC

Qlobal Çoxölçülü Yoxsulluq İndeksi (QÇYİ) 2010-cu ildə yarandığı vaxtdan bəri ilk dəfə artım göstərib. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) məlumatına görə, dünyada təxminən 1,2 milyard insan çoxölçülü yoxsulluq içində yaşayır.

Dərc olunmuş məlumatlara görə, indeks əvvəlki dəyərlə müqayisədə 51,5 milyon nəfər artıb. Yoxsulluq içində yaşayan insanların təxminən 83 faizi kənd yerlərində yaşayır. Ümumi yoxsul əhalinin yarıdan çoxu (617 milyon) isə uşaqlardır.

BMT İP bu tendensiyanı qlobal ictimaiyyət üçün narahatedici siqnal adlandırıb, həmçinin yoxsulluqla mübarizədə irəliləyişin hökumətlərin əlaqələndirilmiş fəaliyyəti sayəsində mümkün olduğunu vurğulayıb.

QÇY indeksi yalnız gəlir səviyyələrini deyil, həm də təhsil, səhiyyə və digər əsas yaşayış şəraitinə çıxışı nəzərə alır. Bu yanaşma yoxsulluğun miqyasını hərtərəfli qiymətləndirməyə və ən həssas qrupların üzləşdiyi əsas çətinlikləri müəyyən etməyə imkan verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью