BMT dünyanın ən sıx məskunlaşan şəhərlərini açıqladı TOP 20

26.11.2025

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Birleşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən yayımlanan yeni hesabatda dünyanın ən çox əhalisi olan şəhərləri açıqlanıb. 

Qaynarinfo-nun mlumatına görə, BM İqtisadi və Sosial İşlər Nazirliyinin 2025-ci il üçün Dünya Şəhərləşmə Gözləntiləri hesabatında bildirilir ki, dünya sürətlə şəhərləşir və şəhərlər artıq 8,2 milyardlıq dünya əhalisinin 45 faizini təşkil edir. Yeni statistikaya əsasən, 1950-ci ildən bəri şəhər əhalisi iki dəfədən çox artıb.

İndoneziyanın paytaxtı Cakarta təxminən 42 milyon nəfərlik əhalisi ilə hazırda dünyanın ən böyük şəhəri olaraq göstərilir. Bu şəhəri 40 milyon əhalisi ilə Banqladeşin paytaxtı Dakka, 33 milyon nəfərlik əhalisi ilə isə Yaponiyanın paytaxtı Tokio izləyir.

İstanbul 15 milyon nəfərlik əhalisi ilə siyahının 18-ci pilləsində qərarlaşıb. BMT-nin proqnozuna görə, şəhərin əhalisinin 2050-ci ildə 16,3 milyon nəfərə çatacağı gözlənilir.

Dünyanın ən sıx məskunlaşan şəhərləri:

1. Cakarta – 2025 əhalisi: 41 milyon 914 min

2. Dakka – 2025 əhalisi: 36 milyon 585 min

3. Tokio – 2025 əhalisi: 33 milyon 413 min

4. Yeni Dehli – 2025 əhalisi: 30 milyon 222 min

5. Şanxay – 2025 əhalisi: 29 milyon 559 min

6. Quanqcou – 2025 əhalisi: 27 milyon 563 min

7. Qahirə – 2025 əhalisi: 25 milyon 566 min

8. Manila – 2025 əhalisi: 24 milyon 735 min

9. Kolkata – 2025 əhalisi: 22 milyon 550 min

10. Seul – 2025 əhalisi: 22 milyon 490 min

11. Karaçi – 2025 əhalisi: 21 milyon 423 min

12. Mumbay – 2025 əhalisi: 20 milyon 203 min

13. Sao Paulo – 2025 əhalisi: 18 milyon 950 min

14. Banqkok – 2025 əhalisi: 18 milyon 180 min

15. Mexiko – 2025 əhalisi: 17 milyon 734 min

16. Pekin – 2025 əhalisi: 17 milyon 13 min

17. Lahor – 2025 əhalisi: 15 milyon 156 min

18. İstanbul – 2025 əhalisi: 15 milyon 15 min

19. Moskva – 2025 əhalisi: 14 milyon 525 min

20. Ho Şi Min – 2025 əhalisi: 14 milyon 53 min

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью